Xəbərlər 29.03.2024 12:58 3485

“Açıq quru sərhədlər hazırkı dönəmdə təhlükənin əsas mənbəyi hesab olunur” - Səbinə Kərimova

“Rusiyanın Moskva vilayətindəki “Crocus City Hall”da terror hadisəsi həm də Rusiyada Prezident seçkiləri sonrası gözlənilməz bir hadisə idi. Ümulikdə hər bir ölkə terror aktı ilə üzləşə bilər. Buna görə hazır və ayıq-sayıq olmaq lazımdır. Azərbaycan Respublikasının quru sərhədlərinin bağlı saxlanmasının üstünlüklərinindən biri elə budur”.

Bu fikirləri Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin sədri Səbinə Kərimova QHT.az-a açıqlamasında terrora cəhdlərin yüksək peşəkarlıqla aşkarlanması ilə bağlı ciddi narahatlığını ifadə edib. Kərimova, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşlarının öz işlərini layiqincə yerinə yetirdiklərini vurğulayaraq, ölkəyə gizli yolla gələnlərin nəzarətdə saxlanılması üçün quru sərhədlərin bağlı saxlanılmasını təklif edib. Həmçinin, Kərimova münasibətlər məsələsinə toxunub və müasir terror aktlarının mədəniyyətlər arasında anlayışsızlığa və qarşılıqlı münasibətlərin pozulmasına səbəb olduğunu vurğulayıb: “Bu günlərdə DTX-nın yüksək peşəkarlıqla aşkarladığı terrora cəhd faktı da göstərir ki, indiki bu cür həssas dövrdə açıq quru sərhədləri ölkə üçün təhlükədir: “Çünki ölkəyə gizli yolla gələnləri nəzarətdə saxlamaq üçün bəli quru sərhədlərin bağlı saxlanılması düşünürəm düzgün qərardır. Düzdür Dövlət Təhlükəsizliyi Xidməti (DTX) həmişə işini düzgün aparır və biz bunu II Qarabağ savaşında, həm də ondan sonrakı dövrdə Qarabağda fəaliyyət göstərən qondarma respublikanın prezident və nazirlərinin həbsində, eləcə də  Azərbaycan üçün təhdid yarada bilən istənilən şəxslərin həbsində görmüşük. DTX Azərbaycanda sabitliyin bərqərar olması üçün misilsiz xidmətlər göstərir. Biz də vətəndaş olaraq öz ölkəmizin sabitliyi üçün ayıq-sayıq olmalıyıq. Bundan əlavə mən də düşünürəm ki, açıq quru sərhədlər hazırkı dönəmdə təhlükənin əsas mənbəyi hesab olunur”.

QHT sədri bu cür terror hadisələrində mədəniyyətlər arasında qarşılıqlı anlayış və münasibətlər məsələsinə də toxunub: “Ümumilikdə teror hadisələri insanlara ziyan vurduğu  kimi ölkələrin də qarşılıqlı münasibətlərinə və mədəniyyətlərinə ziyan vurur. Çünki terrorun nə dini var,nə də miliyyəti. O, dağıdıcı və məhv edici qüvvədir. Hazırda müasir terrorizmin miqyası və həyata keçirilmə mexanizmləri dəyişib. Əgər XIX əsrdə  terrorizm “individual” xarakter daşıyırdısa, artıq keçən əsrin sonlarından başlayaraq bu “individuallığı” “kütləvilik” əvəz edir. Yəni əvvəllər hər hansı bir terrorist soyuq və isti silahla yalnız cəmiyyətdə xüsusi çəkiyə malik olan bir və ya bir neçə şəxsi məhv etmək istəyirdilər. Nəticədə, onlar cəmiyyətdə vahimə və qorxu yaradaraq mövcud vəziyyəti öz xeyirlərinə dəyişməyə çalışırdılar. Teror aktları əvvəllər bir nəfəri öldürməklə bitirdisə,  müasir terrorizmin əsas hədəfi günahsız mülki şəxslərdir. Yalnız bir terror aktı yüzlərlə, hətta minlərlə insanın məhvinə səbəb ola bilər.Hətta böyük bir cəmiyyətin məhvinə səbəb ola bilər. Cəmiyyətin məhvi isə qarşılıqlı anlayışa və münasibətə ziyan vuracaq”.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı