Xəbərlər 28.03.2024 10:15 3168

“Xaçsevərlər öz bədnam dostlarını qorumaq üçün bu cür addımlar atırlar”- Vəfa Abbasova

“Rusiya Azərbaycan istər mədəni, istər iqtisadi, istər siyasi dostluğunun kökləri çox dərindir və illərə bağlanır. Düşünsək ki, Vladimir Solovyovun bu cür çıxışı gülünc və xoşagəlməzdir. Həqiqətən də o çıxıb mətbuatda, televiziyada azərbaycanlılardan üzr istəməyi vacibdir. Çünki onun çıxışları Azərbaycanın üzərinə kölgə salır”.

Bu sözləri Fövqəladə Hallar Nazirliyi yanında İctimai Şuranın sədr müavini Vəfa Abbasova QHT.az-a açıqlamasında bildirib. Azərbaycan tərəfin günahkarlanması və yaxud da Azərbaycan mədəni siyasi münasibətlərinə bu cür kölgə salınması xoşagəlməz bədnam qonşularımızın xoşuna gedəcək deyə Solovyovun bu cür çıxışlar etdiyini bildirən Vəfa Abbasova qeydlərində Ərdoğanın Turan ölkələri ilə bağlı çıxışından sonra bu hadisənin baş verməsi Turan dövlətləri sırasında sayılan ölkələrin vətəndaşları var ki, həmin vətəndaşlar Rusiyadan, xüsusən də Moskva şəhərindən kütləvi şəkildə deport olunduğunu da vurğulayıb: “Özbəkistan, Tacikistan, Azərbaycan, Qazaxıstan və digər ölkələrin vətəndaşları artıq Rusiyadan deport olunur. Bu da bizim iqtisadi əlaqələrimizə çox böyük mənfi təsir edir, vətəndaşların mədəni və rahat yaşayışına maneə olur. Çünki illərdir Rusiyada çalışan vətəndaşlar var ki, Rusiya vətəndaşı deyil, amma icazəli şəkildə orada çalışırlar. Bu qərəzli çıxış Azərbaycan və Rusiya dostluğunun köklərinə maneə ola bilməz, Azərbaycanı heç vaxt sarsılda bilməz. Nəzərə alsaq ki, həmin hadisə azərbaycanlıların məkanında törədilmişdir, biz haqlıykən haqsız duruma düşürük. Bu o deməkdir ki, artıq Rusiyada bizə qarşı qərəzli insanlar öz mövqelərini ortaya qoyur. Xaçsevərlər öz bədnam dostlarını, qardaşlarını qorumaq üçün bu cür addımlar atırlar. Məsələ burasındadır ki, deport olunanların içərisində ermənistan vətəndaşları yoxdur, amma ölənlərin içərisində həm azərbaycanlı, həm də bədnam qonşularımızdan olan vətəndaşlar da var”.

 

 

Pərvanə Fərhadqızı     


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı