Xəbərlər 27.03.2024 13:50 3395

"Azərbaycanda vətəndaşlar sağlam və təhlükəsiz formada yaşayır və yaşayacaqdır"  - QHT sədri

"Dünyada müxtəlif ölkələr öz təhlükəsizliyini bir neçə formada güvənə almağa çalışırlar. Azərbaycanda da dövlətin və onun ərazisində yaşayan vətəndaşların təhlükəsizliyi ən vacib şəkildə qorunur".

Bu sözləri “Regional İnkişafın Dəstəklənməsi” İctimai Birliyinin sədri Rafət Şirəliyev QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, Cənubi Qafqazda qorxu və çaxnaşma yaratmaq həmişə kənar qüvvələrin marağında olmuşdur: "Hələ 44 günlük haqq savaşımızdakı qələbəmizdən öncə belə Azərbaycanın uğurlu nəticələrini həzz etməyənlər ölkəmizə qarşı yönəlmişdilər. Zəfərimizdən sonra isə kənar qüvvələrin ölkəmizə qarşı çıxması daha da geniş vüsət almışdır. Lakin, respublikamızdakı xüsusi orqanların çevik və sayıqlığı nəticəsində istər dövlətçiliyimizə, istərsə də vətəndaşlarımıza heç bir zərər dəyməyib və dəyməyəcəkdir. Son günlərdə DTX-nın müəyyən etdiyi terrora cəhd faktı da bunun bariz nümunəsidir".

QHT sədri həmçinin bildiri bki, bir çox ölkələrdə baş verən terror hadisələri və davam edən müharibələrin fonunda ölkəmizin quru sərhədlərinin bağlı qalması bir çox riskin öncədən düşünülməsi deməkdir: "Quru sərhədlərinin bağlı qalması hazırkı dönəmin ən doğru qərarlarındandır. Azərbaycan ərazisində vətəndaşlar sağlam və təhlükəsiz formada yaşayır və yaşayacaqlar".


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı