Xəbərlər 15.03.2024 10:36 2583

Artıq təyin edilmiş məhkəmə ekspertizasının icra vəziyyətini izləmək mümkündür

"Ekspertizaların icra vəziyyətinə dair məlumat" adlı elektron xidmət vasitəsilə, artıq təyin edilmiş məhkəmə ekspertizasının icra vəziyyətini izləmək mümkündür.

MG Consulting MMC-dən QHT.az-a verilən məlumata görə, e-xidmət vasitəsilə işin nömrəsi, ekspertizanın növü, sənədin daxil olma tarixi, onun icra vəziyyəti, əlavə sübutların təqdim edilməsi və ya tədqiqat obyektinə baxış keçirilməsi barədə ekspert tərəfindən vəsatət verildiyi halda onun tarixi, mahiyyəti və vəsatətə baxılması nəticəsi, rəyin verilməsi tarixi, rəy verilmədiyi halda isə səbəbi və sənədin icra olunmadan geri qaytarılması tarixi barədə məlumatlar əldə etmək mümkündür.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı