Xəbərlər 14.03.2024 17:39 1280

Minalarla bağlı təlim sessiyası keçirilib - FOTOLAR

BMT-nin İnkişaf Proqramı və ANAMA-nın Böyük Britaniya hökuməti tərəfindən maliyyələşdirilən potensialın gücləndirilməsi birgə təşəbbüsü çərçivəsində növbəti təlim sessiyası keçirilib.

QHT.az xəbər verir ki, Böyük Britaniya Səfirliyinin Siyasi şöbəsinin rəhbəri Edvard Krambl açılış nitqində ölkədə minalarla mübarizə ilə bağlı Birləşmiş Krallığın davamlı öhdəliklərini ifadə edərək gender bərabərliyinin və əlilliyin Azərbaycanın mina təhlükəsi ilə mübarizə proqramında öz əksini tapdığını qeyd etdi.

Qrup məşğələsi layihənin nəticələri kimi nəyin nəzərə alınmalı olduğuna dair qızğın müzakirələrə təkan verdi. Mina hadisələrinin təsirinə məruz qalmış insanlara və digər əlilliyi olan şəxslərə dəstəyini ifadə edən təşkilatların əməkdaşları proqramın hazırlanması, monitorinqi, təsirə əsaslanan hesabatların verilməsi və donorların cəlb edilməsi üzrə 2 günlük təlimlərin ilk gününü başa vurdu.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı