Xəbərlər 27.02.2024 10:57 1838

"“Ümumdünya QHT Günü”nü dünyanın 89 ölkəsində 10 milyondan çox QHT qeyd edir" - QHT sədri

"Ümumdünya QHT icması üçün əlamətdar bir gün hesab edilən “Ümumdünya QHT günü” 2014-cü ilin 27 fevral tarixində təsis edilib. Bu gün il boyu cəmiyyətə töhfə verən bütün qeyri-hökumət və qeyri-kommersiya təşkilatlarının və bu fəaliyyətin arxasında duran insanların tanınmasına, onların nailiyyətlərinin qeyd edilməsinə həsr olunmuş beynəlxalq bir gündür".

Bu fikirləri Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması İctimai Birliyinin sədri Azər Allahverənov QHT.az-a bildirib. Onun sözlərinə görə, bu tarixi gün o səbəbdən seçilmişdir ki, QHT sektorunun tanınması mənasını verən “beynəlxalq qeyri-hökumət təşkilatı” anlayışı Birləşmiş Millətlər Təşkilatının qətnaməsinə məhz 1950-ci ilin fevral ayının 27-də daxil edilib: "Bu tarixi əsas götürən 12 Baltikyanı dövlətin təmsilçiləri həmin regionda fəaliyyət göstərən QHT-lərin IX-cu forumunun 8-ci sammitində 27 fevral tarixini məhz QHT günü kimi qeyd olunmasını bəyan etmişdilər. Nəhayət, 2014-cü ilin fevral ayının 27-də Finlandiyanın paytaxtı Helsinki şəhərində bir çox dünya liderlərinin iştirakı ilə təşkil olunan təntənəli tədbirdə bu gün ilk dəfə rəsmən qeyd edilmişdir. Hazırda “Ümumdünya QHT Günü”nü dünyanın 89 ölkəsində fəaliyyət göstərən 10 milyondan çox QHT və həmin təşkilatlarda çalışan 50 milyondan çox QHT təmsilçisi qeyd edir".

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı