Xəbərlər 23.02.2024 19:20 2678

Şəhidimiz Asif Tağıyevin doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu olan Asif Tağıyev 1985-ci il fevralın 23-də Daşkəsən şəhərində anadan olub.

QHT.az xəbər verir ki, o, 44 günlük Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb və 27 sentyabr tarixində qəhrəmancasına şəhid olub.

Asif Tağıyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı