Xəbərlər 05.02.2024 00:15 2304

Türk Dünyası Mediatorlar Birliyinin rəhbərliyi Mediasiya Şurası nümayəndələri görüşüb - FOTOLAR

Türk Dünyası Mediatorlar Birliyinin rəhbərliyi Mediasiya Şurası nümayəndələri ilə şam yeməyində bir araya gəldi.

QHT.az xəbər verir ki, ölkəmizdə səfərdə olan Türk Dünyası Mediatorlar Birliyinin sədri, Türkiyə Ədliyyə Nazirliyinin Dairə Bakanlığının Arabuluculuk üzrə İdarə Heyətinin üzvü, Türk Dünyası Mediatorlar Birliyinin sədri Yakup Erikel və onun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri - Hüseyin İlhan Yetişgin, Eda Günday, Saliha Sasa, Hatice İpek, Serpil Akdeniz Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, İdarə Heyəti üzvləri, Komissiya rəhbərləri və mediasiya təşkilatı rəhbərləri ilə birlikdə şam yeməyində toplaşıblar.

2 fevral 2024-cü il tarixində Azərbaycan Respublikası Mediasiya Şurası tərəfindən təşkil edilən axşam yeməyində iki ölkəni təmsil edən nümayəndələr arasında tanışlıq olub. Qeyri-rəsmi formada təşkil edilən görüşdə tərəflər iki ölkə arasında olan yüksək səviyyəli əməkdaşlıqla bağlı xoş və səmimi fikirlərini bölüşüblər.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı