Xəbərlər 19.01.2024 09:42 1717

Şövkət Mirziyayev Çinə gedir

Özbəkistan Prezidenti Şövkət Mirziyayev yanvarın 23-dən 25-dək Çində səfərdə olacaq.

 

QHT.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Hua Çunin məlumat verib.

 

Səfərin təfərrüatları barədə ətraflı məlumat verilməyib.

 

Xatırladaq ki, Çin Özbəkistanın ən böyük ticarət tərəfdaşıdır. 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 44,9 faiz artaraq 14 milyard dollara çatıb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı