Xəbərlər 22.11.2023 17:39 1928

Mirziyayev Azərbaycana gəlir

Özbəkistan Prezidenti Şövkət Mirziyayev noyabrın 23-24-də Azərbaycanda işgüzar səfərdə olacaq.

 

QHT.az Axar.az -a istinadən xəbər verir ki, bu barədə Özbəkistan liderinin mətbuat xidməti məlumat yayıb.

 

O, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Bakıda keçiriləcək birinci sammitində iştirak edəcək.

 

“Tədbirin gündəliyinə Proqram çərçivəsində çoxtərəfli əməkdaşlığın daha da genişləndirilməsi, regional layihələrin dəstəklənməsi üçün Etimad Fondunun yaradılması, nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması üçün yol xəritəsinin qəbulu, biznes təşəbbüslərinin təşviqi və digər məsələlər daxildir”, - məlumatda qeyd edilib.

 

Bu günlərdə Bakıda SPECA-nın bir sıra biznes tədbirləri, o cümlədən iqtisadi forum və Mərkəzi Asiya ölkələrinin sənaye potensialının sərgisi keçirilir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı