Xəbərlər 08.12.2023 12:04 2234

Pinqvinlər gün ərzində yüz min dəfəyə qədər yuxuya gedirlər

Lion Neyrobioloji Tədqiqatlar Mərkəzinin əməkdaşları çənə kəmərli pinqvinləri tədqiq edərkən bu quşların insanlardan tamamilə fərqli yatdığını aşkar ediblər. İnsanlar üçün yuxunun qısa müddətə pozulması ciddi yorğunluqdan xəbər verirsə, pinqvinlər üçün bu tamamilə normaldır. Məlum oldu ki, gün ərzində bu quşlar orta hesabla 4 saniyə yuxuya getməklə yüz min dəfəyə qədər yuxuya gedirlər. Bu, onlara fizioloji cəhətdən lazım olan 11 saatlıq yuxu müddətini "qazanmağa" imkan verir.

QHT.az xəbər verir ki, tədqiqatın müəllifləri hesab edirlər ki, pinqvinlər arasında belə “yuxu taktikası” həmişə ayıq olmaq zərurətindən irəli gəlir. Pinqvinlər partnyorları yemək alarkən qoyduqları yumurtalara daim baxmaq məcburiyyətində qalırlar. Onlar bir neçə gün yox ola bilər və bütün bu müddət ərzində yuva etibarlı şəkildə qorunmalıdır.

Qeyd edək ki, yuxularının on minlərlə dəfə kəsilməsinə baxmayaraq, pinqvinlər güclərini bərpa etməyi bacarırlar, normal çoxalırlar və depressiyaya düşməyirlər.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı