Xəbərlər 13.12.2023 10:06 1175

Əfqanıstan artıq tiryək istehsalı üzrə lider deyil: BMT onun yerini kimin tutduğunu açıqlayıb

Taliban xaşxaş əkinini qadağan etdi, digər Asiya ölkəsi isə hasilatın artdığını gördü. Çin və Rusiya ilə müttəfiq olan Hind-Çini regionunda yerləşən Myanma Respublikası Talibanın xaşxaş becərilməsi və narkotik istehsalına qadağa qoyduğu Əfqanıstanı geridə qoyaraq, dünyanın ən böyük tiryək istehsalçısına çevrilib. 

QHT.az xəbər verir ki, iki ildən artıqdır ki, vətəndaş müharibəsi ilə üzləşən Myanmada tiryək istehsalı bu il 36% artaraq 1080 metrik tona çatıb ki, bu da 2001-ci ildən bəri ən yüksək göstəricidir. 

BMT-nin hesabatında deyilir: “O vaxtdan bəri sabitlik və təhlükəsizliyin azalması xaşxaş becərilməsi və tiryək istehsalının artması ilə üst-üstə düşür. Hazırda Myanmada xaşxaş becərilməsi üçün təxminən 47 min hektar torpaq sahəsi ayrılıb ki, bu da tiryək istehsalının artıq 33 faiz artdığı ötən illə müqayisədə 18 faiz çoxdur. Ölkənin tiryək iqtisadiyyatının dəyəri, ixrac və daxili istehlak da daxil olmaqla, 2022-ci ildə 1-2,5 milyard ABŞ dolları və ya ÜDM-in təxminən 2-4%-i səviyyəsində qiymətləndirilir.

Tarixən tiryək istehsalı üzrə dünya lideri olan Əfqanıstan, əksinə, narkotik istehsalında kəskin - 95% azalma göstərib. Bu, 2021-ci ildə ölkədə hakimiyyəti ələ keçirən Talibanın keçən il xaşxaş becərilməsinə ciddi qadağa tətbiq etməsindən sonra baş verir.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı