Xəbərlər 27.11.2023 09:27 1253

Dövlət sərhədinin pozulmasının qarşısı alınıb 

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qeyri-leqal miqrasiyaya qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində dövlət sərhədinin pozulmasının qarşısı alınıb. 

 

Noyabrın 25-də saat 19:20-də Balakən rayonunun Yeni Şərif kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 1994-cü il təvəllüdlü Pakistan İslam Respublikası vətəndaşı İqbal Syed Kashıf Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

 

Araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisinə rəsmi qaydada gəlməsi, dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduğu müəyyən edilib.

 

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı