Xəbərlər 21.11.2023 16:22 2139

Məşhur Azərbaycanlı Piyanist Haydar Aliyev Kültür Evində olub - FOTOLAR

Beynəlxalq aləmdə tanınan və sevilən sənətkarımız İslam Manafov və Kocaeli Universiteti Konservatoriyasının professoru cənab Kamal Karagözlə birlikdə Haydar Aliyev Kültür Evini ziyarət edib.

QHT.az xəbər verir ki, İdarə heyətinin və üzvlərinin qonaqlarla görüşüb söhbət edib, səmimi və məhsuldar fikir mübadiləsi aparıblar. İdarə Heyətinin sədri Bilal Dündar qonaqları və iştirakçıları bir-birinə təqdim edib, 2004-cü ildə qurulan Kültür evi, 2006-cı ildə Kocaelidə təsis etdiyi Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası və 16 il prezident olduğu və göstərdikləri xidmətləri izah edib.

İslam Manafov və Kamal bəy imza ataraq qonağa “Mən bildiklərim” adlı kitabını hədiyyə ediblər. Daxili İşlər Nazirliyi və Kocaeli Böyükşəhər Bələdiyyəsi ilə birgə layihələr nəticəsində keçirilən konfrans və tədbirlərlə bağlı nəşr olunmuş kitabları hədiyyə edib.

İslam Manafov üçün hazırlanmış lövhə təqdim olunub. İş adamı Şakir Durdağı, Qars-Ardahan-Iğdır Vəqfi Başçısı Av. İsa Bozkurt, Veysel Uluman, Mehmet İşgen, Tazebey Yaşin ilə İdarə Heyəti üzvləri Adnan Zamburkan, Mehmet Seven, Alptekin Cevherli və digər qonaqlar iştirak ediblər.

Qonaqlar Kültür Evində və Türkiyədə ilk və yeganə Soyqırım Muzeyində kitabxananı araşdırıb ziyarət edərək, xatirə kitabına öz hiss və düşüncələrini yazıblar. İslam Manafovun daha sonra Haydar Aliyev adına Kültür Evinin təşkilatçılığı ilə Kocaelidə konsert verməsi qərara alınıb.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı