Xəbərlər 13.10.2023 00:43 2052

Münaqişədən zərər çəkmiş qadınlar üçün peşətəhsili imkanları yaradılır

BMT-nin İnkişaf Proqramı artıq ikinci ildir ki, Bərdə, Ağcabədi və Tərtərdə münaqişədən zərər çəkmiş qadınlar üçün peşətəhsili imkanları yaradır.

QHT.az xəbər verir ki, Bərdə Peşə Liseyi ilə birgə bu rayonlarda yerləşən Qadın Resurs Mərkəzlərinin üzvləri üçün təşkil olunan ”Microsoft Office" proqramlarının istifadəsi kursunu 60 qadın uğurla başa vurub. Növbəti mərhələdə münaqişədən zərər çəkmiş 60 qadın mühasibatlığın sirlərinə yiyələnəcəklər. Peşə kursları “İqtisadi və sosial iştirakın artmasına mane olan əngəlləri aradan qaldırmaq üçün Azərbaycanda münaqişədən təsirlənmiş həssas qruplara daxil olan qadınların səlahiyyətlərinin artırılması və onlar üçün bərabər imkanların yaradılması" layihəsi çərçivəsində təşkil olunur.

Qeyd edək ki, BMTİP-in Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi layihəni Böyük Britaniya Hökuməti maliyyələşdirir.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı