Xəbərlər 05.06.2023 10:08 1838

BSU-da “Heydər Əliyev İli” çərçivəsində keçirilən növbəti beynəlxalq elmi-praktik konfrans başa çatıb

3-4 iyun 2023-cü il tarixlərində Bakı Slavyan Universitetinin ev sahibliyi və bu tədbir üzrə tərəfdaşı olduğu Psixologiya Elmi-Tədqiqat İnstitutunun və “Müasir Azərbaycan psixoloqları” ictimai birliyinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində “Psixologiya Zirvəsi - 2 “COVID-19 pandemiyasından sonrakı dövrdə psixoloji adaptasiya və psixoloji rifah” mövzusunda beynəlxalq elmi-praktik konfransın bağlanış mərasimi keçirilib.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov konfransın yüksək səviyyədə keçdiyini bildirib. O, BSU rəhbərliyinə ev sahibliyinə görə bir daha minnətdarlığını bildirirək, konfrans iştirakçılarına və könüllülərə təşəkkür edib.

İkigünlük beynəlxalq konfransda yerli və beynəlxalq tədqiqatçılar, məruzəçilər, alimlər və təhsil işçiləri iştirak ediblər. İki gün ərzində bölmələrdə 13 məruzə dinlənilib, 2 "workshop" həyata keçirilib.

Konfransda seçilmiş məqalələr “Psixologiya” jurnalında çap olunacaq.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı