Xəbərlər 17.03.2023 14:06 2623

Naxçıvanda əmək yarmarkası keçirilib

Aktiv məşğulluq tədbirlərinin davamı olaraq bu gün Naxçıvan şəhərində əmək yarmarkası keçirilib.

 

Tədbirdə iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli aktiv məşğulluq proqramlarının ildən-ilə genişləndirildiyini vurğulayıb. Bu tədbirlər arasında əmək yarmarkalarının əhəmiyyəti, keçən il də ölkə üzrə 63 əmək yarmarkasının keçirildiyi, həmin tədbirlərdə işəgötürənlər tərəfindən 11 min vakansiyanın təqdim edildiyi qeyd olunub. 

 

Həmçinin ötən dövrdə 60 min ailə üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatların yaradıldığı diqqətə çatdırılıb. Bu aktiv məşğulluq tədbirlərinin, eləcə də əmək yarmarkalarının Naxçıvan MR-nı da əhatə etdiyi, ötən gün də Naxçıvanda daha bir qrup şəxsə özünüməşğulluq proqramı üzrə aktivlər təqdim edildiyi bildirilib.

 

Naxçıvan Biznes Mərkəzində təşkil olunan əmək yarmarkasında 38 işəgötürən tərəfindən 350 vakansiya təqdim edilib. Bu vakansiyalar üzrə orta aylıq əmək haqqı 520 manat təşkil edib. Yarmarkada özünüməşğulluq proqramına, peşə hazırlığına, peşəyönümü xidmətlərə cəlb edilmək istəyənlərin qeydiyyatı da aparılıb. 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı