ABŞ insanlı MARS səyahəti üçün nüvə raket mühərrikinin sınaqlarına başlayacaq - ÖZƏL
ABŞ Milli Aeronavtika və Kosmik Agentliyi (NASA) və Qabaqcıl Müdafiə Tədqiqat Layihələri Agentliyi (DARPA) dünən Marsa gələcək insanlı missiyalar üçün "nüvə termal raket mühərriki"ni sınaqdan keçirəcəklərini açıqladı. Məqsədin insanların kosmosun dərinliklərinə səyahətini sürətləndirmək olduğu bildirilib.
QHT.az xəbər verir ki, NASA və ABŞ Müdafiə Nazirliyinin texnologiya araşdırma qolu olan DARPA, qısaca olaraq DRACO adlandırdıqları proqram çərçivəsində “qabaqcıl nüvə termal hərəkət texnologiyası” inkişaf etdirməyi planlaşdırdıqlarını və astronavtların kosmosun dərinliklərinə daha sürətli səyahət etməyi planlaşdırdıqlarını açıqladı. Bunun ekipajın Marsa uçuşlara önhazırlıq olduğu vurğulanıb. Həmçinin bildirilib ki, nüvə termal raket mühərrikinin 2027-ci ilə qədər kosmosda sınaqdan keçirilməsi planlaşdırılır.