Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, hüquqşünas Sahib Məmmədov işğaldan azad edilmiş ərazilərdə əvvəllər mövcud olmuş daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının tanınması və keçmiş mülkiyyətçilərin hüquqlarının bərpası məsələsi haqda fikirlərini açıqlayıb.

QHT.az həmin fikirləri açıqlayıb:

"Məsələnin hüquqi tərəfi

Sovetlər dövründə fərdi evlərə texniki pasport və mülkiyyət sənədi (o vaxt reyestr söhbəti yox idi) verilirdi. Düzdü bu bütün fərdi evləri əhatə etmirdi. Həmçinin müstəqillik dövründə Azərbaycan dövləti Xalq Deputatları Sovetinin, dövlət idarə və müəssələrinin balansıda olan yaşayış evlərini təmənnasız olaraq kirayəçilərə bağışladı.

Fərdi evləri bilmirəm (yəni belə evlərin hamısı sənədləşdirlmib başa çatmışdımı?), amma işğal altıda olan ərazilərdə bu proses məlum səbəbdən getmədi. Məntiqlə ərazilər işğaldan azad edildikdən sonra ilk növbədə fərdi evlərinin sənədi olan şəxslər və onların vərəsələrinin mülkiyyət hüququ tanınmalı idi. Çoxmənzilli binalarda yaşayanların da ən azı uçotu aparılmalı idi.

Bunlar olmayıb. İndi isə yalnız məcburi köçkün statusunda olanların ərazilərdə faktiki müıliyyət hüququ tanınır və onlara dövlət hesabına yaşayış sahələri verilir.

Amma əlində mülkiyyəti təsdiq edən sənəd olan şəxslər və onların vərəsələri məhkəmə qaydasında öz mülkiyyət hüquqlarının tanınmasına nail ola bilərlər.

Dağırılmış və qismən dağıdılmış danınmaz əmlaka və onun altında olan torpaq sahəsinə mülkiyyət hüququ tanına bilər. Bundan sonra əgər həmin yer dövlətin ehtiyacları üçün (məsələn yeni şəhər salınır və s.) lazımdırsa əmlakı satın ala bilər. Yaxud, Mülki Məcəllənin 209-cu maddəsinə (Rekvizisiya) əsasən dövlət həmin daşınmaz əmlakı ala bilər və ya əvəzində müvafiq uyğun yer təklif edə bilər. Əlbəttə burda hüquqi boşluqlar üzə çıxacaq. Amma hüquqi yol var".