ABŞ-nin Klivlend şəhəri iyunun 9-da ölkənin aparıcı xeyriyyə və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirəcək böyük inkişaf tədbirinə ev sahibliyi edəcək.
QHT.az xarici mediaya istinadən bildirir ki, The Rockefeller Foundation tərəfindən təşkil olunan “Big Bets for America” forumunda şəhərlərin inkişafı, iqtisadi imkanların genişləndirilməsi və icmaların dayanıqlılığının artırılması məsələləri müzakirə olunacaq.
Tədbirdə yerli və milli səviyyədə fəaliyyət göstərən liderlər, xeyriyyə fondlarının nümayəndələri, sosial təsir təşəbbüslərinin rəhbərləri və ictimai sektor təmsilçiləri iştirak edəcəklər. Təşkilatçılar forum çərçivəsində yeni maliyyə təşəbbüslərinin elan olunacağını və onların həcminin əvvəlki tədbirlərdə açıqlanan investisiyalardan daha böyük olacağını bildirirlər.
Qeyd olunur ki, tədbirin məqsədi müxtəlif bölgələrdə uğur qazanan yerli həlləri ölkə miqyasında təşviq etmək və sosial inkişaf sahəsində əməkdaşlığı gücləndirməkdir.
Piranə Xasiyeva












