Xəbərlər 26.02.2025 10:10 138

Mingəçevirdə “Xocalı – qan yaddaşımız” mövzusunda anım tədbiri keçirildi - FOTOLAR

Uşaq Səfirlər Məclisinin Mingəçevir şəhəri üzrə region nümayəndəsi Zeynəb Şükürovanın, region fəalları Xədicə Mustafazadə və Ayan Nəbiyevanın təşəbbüsü ilə R.Qəhramanov adına 14 saylı tam orta məktəbdə 26 fevral Xocalı Faciəsinə həsr olunmuş “Xocalı-qan yaddaşımız” adlı tədbir keçirilib.

QHT.az xəbər verir ki, tədbir Xocalı qətliyamının qurbanlarının ruhunu bir dəqiqəlik sükutla anmaqla başlayıb. Tədbirdə şagirdlərə Xocalı faciəsi haqqda məlumat verilib. İştirakçılar öz əl işlərini nümayiş etdirib.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı