Erkən nikah və qohumlar arasında nikah hallarının qarşısının alınması mövzusunda maarifləndirmə görüşü keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə “Erkən nikah və qohumlar arasında nikah hallarının qarşısının alınması sahəsində tədbirlərin gücləndirilməsi və maarifləndirmə işinin təşkili” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Saatlı rayonunda yerləşən M.Əliyev adına Əlisoltanlı kənd tam orta məktəbində təşkil edilən görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Ağayeva, digər dövlət və özəl təşkilatların nümayəndələri, eləcə də şagirdlər iştirak edib.
Sosial Xidmətlər Agentliyinin nümayəndələri tərəfindən iştirakçılara Agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verilib, “Gələcəyini qoruyan gənclik, erkən nikah və qohum evliliklərinin fəsadları” mövzusunda təqdimat edilib.
Sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.