Şəhid Mayor Vüsal Vəliyevin xatirəsinə həsr olunmuş "SƏS" dramının premyerası keçiriləcək
Bu gün saat 19:00-da Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında şəhid mayor Vüsal Vəliyevin əziz xatirəsinə həsr edilmiş "Axirətdən gələn səs" pyesi əsasında hazırlanan "SƏS" qəhrəmanlıq dramının premyerası keçiriləcək.
QHT.az xəbər verir ki, Adilə Nəzərin pyesinə əsaslanan və rejissor İftixar Piriyev tərəfindən qeyri-səlis təbəddülat janrında səhnələşdirilən bu tamaşa vətənpərvərliyin, qəhrəmanlığın və şəhidlərimizin əziz xatirəsinin təcəssümüdür.
Tamaşaya hər kəs dəvətlidir.
Ünvan: Nizami küçəsi 72, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı