Xəbərlər 21.06.2024 14:56 3646

Layihə çərçivəsində növbəti təlim Ağdamın Xındırıstan kəndində keçirilib - FOTOLAR

“Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Təhlükəsiz qida məhsullarının ev şəraitində hazırlanmaqla bazara çıxışının təşviqi” layihəsinin icrasını davam etdirir.

Layihənin rəhbəri Eyyub Hüseynovun QHT.az-a verdiyi məlumata görə, layihənin icrası çərçivəsində hədəf ərazi olaraq seçilmiş Ağdam rayonunun Xındırıstan kəndində 10 və 13 iyun tarixlərdə 10 nəfərdən (o cümlədən 3 nəfər qadın və 7 nəfər kişi) ibarət hədəf qrupa “Təhlükəsiz qida məhsullarının bazara çıxışının asanlaşdırılması - marketinq” (təlimçi Xəlil Süleymanov) və “Təhlükəsiz tərəvəz qida məhsulları istehsalının əsasları” (təlimçi Yaşar İsgəndərov) mövzularında təlim keçirilib.

İştirakçılar evdə hazırlanmış konserv məhsullarının qida təhlükəsi riskli olduğunu qeyd etmiş və müxtəlif suallarla təlimçilərə müraciət ediblər. Təlimçilər iştirakçıların suallarını ətraflı cavablandırıblar. İştirakçılara mövzuya dair buklet paylanılıb. Çay fasiləsindən sonra hər bir təlimdə müzakirələr davam etdirilib. Təlimlərin hər biri iştirakçılar tərəfindən qiymətləndirilib. Təlim iştirakçılarına müvafiq olaraq sertifikat təqdim edilib. İştirakçılar Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və AİİB-nə təşəkkürlərini bildirməklə yanaşı, analoji təlimlərin daha geniş ərazilərdə davamlı keçirilməsinin zəruri olduğunu vurğulayıblar.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı