BMT: Dünyada məcburi köçkünlərin sayı 120 milyona çatır
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının 2024-cü il hesabatına görə, dünya tarixdə ən yüksək məcburi köçkün səviyyəsi ilə üzləşib.
QHT.az xəbər verir ki, 2024-cü ilin may ayında məcburi köçkünlərin sayı 120 milyon nəfərə çatıb. Bu artımın əsas səbəbi Sudandakı müharibədir ki, 2023-cü ilin sonuna kimi 10,8 milyon insan evlərini tərk edib. Konqo Demokratik Respublikası və Myanmada döyüşlər də milyonlarla insanın köçkün vəziyyətinə düşməsinə səbəb olub. Fələstin Qaçqınları üzrə Agentliyin hesablamalarına görə, Qəzza zolağı əhalisinin 75 faizi evlərini tərk etməli olub. Suriya isə 13,8 milyon məcburi köçkün ilə bu sahədə rekord sahibidir.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi, beynəlxalq ictimaiyyəti məcburi köçkünlüyün əsas səbəblərini aradan qaldırmağa çağırıb.
Pərvanə Fərhadqızı