Xəbərlər 11.06.2024 09:05 1529

İbtidai Sinif Müəllimləri üçün İnklüziv Təhsil Təlimləri Keçirilib- FOTOLAR

“Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Təhsildə inklüzivlik: Müəllim hazırlığında müasir təhsil proqramları və yanaşmalar” layihəsi çərçivəsində ADA Universiteti və Azərbaycan Respublikasının Təhsil İnstitutu ilə əməkdaşlıq əsasında ADA Universitetinin Qazax Mərkəzində 7-9 iyun tarixlərində ibtidai sinif müəllimləri üçün təlimlər təşkil olunub.

QHT.az xəbər verir ki, müəllimlərin inklüziv təhsil sahəsində nəzəri və praktik biliklərinin artırılması məqsədilə keçirilən təlimlərdə Qazax rayon məktəbləri üzrə ibtidai siniflərdə tədris aparan 50-dən çox müəllim iştirak edib.

Qeyd edək ki, təlimlər zamanı iştirakçılara inklüziv təhsilin nəzəri əsasları, müxtəlif təhsil ehtiyacları olan şagirdlərlə iş metodları, sinif idarəetməsi və fərdi tədris planlarının hazırlanması mövzularında geniş məlumat verilib. Praktik məşğələlər vasitəsilə müəllimlər, inklüziv təhsil metodlarının sinifdə tətbiqi yollarını öyrənib və bu sahədəki təcrübələrini paylaşaraq müzakirə ediblər.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı