Xəbərlər 15.05.2024 13:47 3342

Nadir Adilov: "Ailə mübahisələrində əsassız iddialar məhkəmələrə və hakimlərə qarşı ədalətsiz davranışdır"

"Bəzən ailə mübahisələrində tərəflər bir birinə qarşı qərəzli və əsassız iddialar irəli sürməklə istər mediasiyada, istərsə də məhkəmələrə müraciət edir. Və tərəflər öz qərəzçi və əsassız iddialarını irəli sürməklə ədalət axtarır. Sual olur əgər tərəfin irəli sürdüyü iddia əsassız və qərəzlidirsə o zaman burda ədalət axtarmağın özü absurddur".

Bu sözləri Mediasiya Şuradının İdarə Heyətinin sədri Nadir Adilov QHT.az-a açıqlamasında bildirib. O, düşünür ki, bu cür əsassız iddialar hakimlərə və məhkəmələrə qarşı ədalətsiz və artıq iş yüküdür: "Misal üçün deyək ki, tərəf boşanır və qarşı tərəfin babasının 20 il əvvəlki əmlakına qarşı, yaxud evlilikdən öncə olan əmlakla bağlı iddia qaldırır. Məhkəmələr bu işlərə kifayət qədər peşəkar, təmkinli və ədalətli yanaşır. Amma mənəvi cəhətdən bu işlərin məhkəmələrə dartılması nə qədər düzgündür? Hesab edirik ki, əsassız iddialarla bağlı ciddi tədbirlərin görülməsinə ehtiyac var. Xüsusən isə bir hüquqşünas kimi düşünürəm ki, hüquqşünaslar heç bir perspektivi olmatan bu cür işləri məhkəmələrə daşımaqdan çəkinməlidirlər. Bu cür tərəflər və hüquqşünaslar nəinki hamımın iş yükünü artırır, hakimlərə gərəksiz işlə məşğul olmağa təhrik edir və onların vaxtını alırlar. Bu isə bəzi tərəflərin və hüquqşünasların məhkəmələrə və hakimlərə qarşı ədalətsizliyidir. Düşünürük ki, hüquqşünaslar və tərəflər arasında hüquq mədəniyyətinin inkişafına ciddi ehtiyac var. Bu həm də hüquq mədəniyyəyinin nəticə yönümlü ifadəsidir".

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı