Xəbərlər 15.05.2024 11:34 1129

Sumqayıtda su hövzələrində təhlükəsizliyin təmin edilməsi məsələləri müzakirə olunub

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə birgə “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda müşavirə keçirib.

 

Müşavirədə Sumqayıt Regional Mərkəzi, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Sumqayıt Şəhər İcra Hakimiyyəti, yerli icra hakimiyyəti orqanları, bələdiyyələr və sahilboyu iaşə obyektlərinin nümayəndələri iştirak ediblər.

 

Keçirilən müşavirədə çimərliklərin vəziyyəti, dəniz suyunun gigiyenik normalara uyğunluğu, məişət tullantılarının daşınması ilə bağlı mövcud vəziyyət, eləcə də əhalinin təhlükəsiz istirahətinin təmin edilməsi üçün görüləcək işlər müzakirə olunub.

 

Müşavirədə şəhər ərazisində olan çimərliklərdə keçirilən monitorinqin nəticələri və mövcud vəziyyət barədə tədbir iştirakçıları məlumatlandırılıb, cari problemlər təhlil olunub.

 

Sonda su hövzələrində təhlükəsizlik qaydaları ilə bağlı videoçarx nümayiş olunub.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı