"Keyfiyyətli barışıq sazişlərinin məzmunu" - onlayn görüş
Mediasiya Şurasının təşkilatçılığı, Bakı 6 saylı Mediasiya Təşkilatının rəhbəri Tural Şahbazovun ekspertliyi ilə "Keyfiyyətli barışıq sazişlərinin məzmunu" mövzusu üzrə ZOOM platforması üzərindən onlayn görüş keçirilib.
QHT.az xəbər verir ki, görüşdə məqsəd peşəkar mediatorların təcrübədən irəli gələn məzmunları mediatorlara çatdırması və barışıq sazişlərinin keyfiyyətli məzmunu üzrə müzakirələr aparmaq və qeydlər etmək olub.