Xəbərlər 08.05.2024 19:43 2316

Lənkəran və Lerikdə  Birinci Qarabağ müharibəsi şəhidləri dəfn olunub

30 illik həsrətə son

 

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan İsmayılov Habil Oruc oğlu (Lənkəran rayonu, Kərgəlan kəndi), Musayev İbad Musarza oğlu (Lənkəran rayonu, Şağlaser kəndi) və Cəfərov Müşfiq İlyas oğlunun (Lerik rayonu, Monidigah kəndi) meyitlərinin qalıqları anadan olduqları ünvanlarda torpağa tapşırılıb.
Şəhidlərin nəşi ailələrinə təhvil verilib və vida mərasimi keçirilib. Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Cənazə namazı qılındıqdan sonra şəhidlərin nəşi kənd qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub.
Qeyd edək ki, İsmayılov Habil Oruc oğlu 1994-cü il yanvarın 27-də Xocavəndin “Şişqaya” yüksəkliyi, Musayev İbad Musarza oğlu və Cəfərov Müşfiq İlyas oğlu 1994-cü il yanvarın 26-da Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüş sayılırdı. Hər üç şəhid Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbər” qəbiristanlığında naməlum əsgər kimi dəfn edilmişdi.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı