Xəbərlər 08.05.2024 15:03 1300

4-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu keçirilib - FOTOLAR

Bakıda baş tutan dialoqda Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr, qadınların iqtisadi hüquq və imkanlarının genişləndirilməsi və 5-ci DİM ətrafında fikir mübadiləsi aparılıb.

QHT.az xəbər verir ki, dialoq “Azərbaycanda DİM-lərin icrası sahəsində nailiyyətlər, çağırışlar, boşluqlar, kritik uğur faktorları və qabaqcıl təcrübələrə dair baxış bucaqları” və “2030-cu ilədək Azərbaycanda gender bərabərliyinə və qadınların iqtisadi səlahiyyətlərinin artırılmasına nail olunmasını sürətləndirmək üçün istiqamətlər” mövzusunda panel sessiyalarla işini davam etdirib.

Müzakirələrdə dövlət qurumlarının rəhbərləri, beynəlxalq təşkilatların, diplomatik missiyaların, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının üzvləri, özəl sektor, vətəndaş cəmiyyəti və akademik dairələrdən nümayəndələr iştirak edib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı