Xəbərlər 08.05.2024 14:12 1207

Müavinətlər üzrə 356 mln. manat, Prezident təqaüdləri üzrə 228 mln. manat ödənilib

Bu ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 473 min nəfərə sosial müavinət, 396 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.

 

Həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 356 mln. manat, Prezident təqaüdləri üzrə 228 mln. manat ödənilib.

 

Cari ilin 4 ayında 50 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 620 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı