Xəbərlər 02.05.2024 20:31 1130

Asiya İnkişaf Bankının nümayəndə heyəti DOST Mərkəzi və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olub

Asiya İnkişaf Bankının sektorlar qrupunun İnsan və Sosial İnkişaf sektoru ofisinin direktoru Sofia Şakilin başçılıq etdiyi nümayəndə heyəti 1 saylı Bakı DOST Mərkəzində olub.

 

Burada əhaliyə göstərilən xidmətlərlə tanış olan nümayəndə heyətinə DOST mərkəzlərinin fəaliyyəti və iş prinsipləri barədə məlumat verilib. DOST Agentliyində keçirilən görüşdə DOST konsepsiyasına dair təqdimat edilib.

 

Nümayəndə heyəti həmçinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub. Qonaqlar mərkəzdə yaradılan şərait, benefisiarların müxtəlif istiqamətlərdə bacarıqlarının təkmilləşdirilməsi üçün keçirilən təlimlərlə, benefisiarların yaradıcılıq nümunələri ilə tanış olublar.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı