"Dolların digər əksər səbət valyutalara nisbətən güclənməsi müşahidə olunmaqdadır"- EKSPERT
Dollar dünya bazarında yenidən möhkəmlənməkdədir. Son 1 ayda avro dollara nisbətən 3 faizə yaxın dəyər itirib.
QHT.az xəbər verir ki, iqtisadı ekspert Vüqar Bayramov bildirib ki, hazırda 1 avro almaq üçün cəmi 1.062 dollar ödəmək lazımdır: "Dolların güclənməsi regional münaqişələr fonunda investorların Amerika puluna daha çox sərmayə yönəltməsi və ABŞ iqtisadiyyatındakı canlama ilə bağlıdır. Bu ilin mart ayında Birləşmiş Ştatlarda 303 min əlavə iş yeri yaradılıb. İnflyasiya dərəcəsi isə hədəf diapozonu, 2 faizə yaxındır. Dolların digər əksər səbət valyutalara nisbətən də güclənməsi müşahidə olunmaqdadır".