Xəbərlər 08.04.2024 14:12 1165

QHT könüllüləri "Qarabağ igidləri" muzeyini ziyarət ediblər- FOTOLAR

“Regional İnkişaf” İctimai Birliyinin Gəncə-Daşkəsən və Qazax-Tovuz regional bölmələri üzrə könüllüləri şanlı Aprel döyüşlərinin 8-ci ildönümü ərəfəsində torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüzün təmin olunması uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman vətən oğullarının əziz xatirəsini yad etmək məqsədilə Gəncə şəhərində yerləşən "Qarabağ igidləri" muzeyini ziyarət ediblər.

QHT.az xəbər verir ki, Gəncə şəhər sakini Elnarə Tağıyeva tərəfindən şəhərin Sevil Qazıyeva küçəsində yerləşən fərdi yaşayış evində yaradılmış muzeydə şəhid və qazilərə aid 3000-ə yaxın şəxsi əşya nümayiş olunur.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı