Xəbərlər 02.05.2024 08:57 2232

QHT "İxtisasını düzgüm seç – Mühəndis Ol !" layihəsinə start verdi

Məktəblərdə mühəndislik ixtisaslarının tanıtımı və təbliği üzrə, duzgun ixtisas secimi ilə bağlı görüşlər keçiriləcək.

QHT.az xəbər verir ki, “Mühəndislərin İnkişafına Dəstək” İctimai Birliyinin 2024-cü il "Kiçik qrant" müsabiqəsinin qalibi olan "İxtisasını düzgüm seç – Mühəndis Ol !" layihəsinə start verilib.

Bununla bağlı layihə rəhbəri Əli Babazadə QHT.az –a açıqlama verib. O, qeyd edib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mailliyə dəstəyi ilə keçirilən layihənin ümumilikdə 8 məktəbdə təşkil olunması nəzərdə tutulub. Layihənin məqsədi Mühəndislik ixtisaslarının təbliği və tanıtımı, abituriyent və onların valideynlərinə mühəndislik ixtisasları haqqında və gələcək perspektivləri barəsində geniş məlumat vermək, ixtisaslar haqqında fikir formalaşdırmaqdır. Abituriyentlərin özləri üçün və onların valideynlərinin övladları üçün ixtisas seçimi zamanı özlərinə uyğun ixtisas seçimini düzgün etmələrinə dəstək göstərməkdir. Bu münasibətlə layihə çərçivəsində Bakı və Sumqayıt məktəblərində yuxarı sinif şagirdləri və onların valideynləri ilə görüşlər keçiriləcək, mühəndislər tərəfindən ixtisaslar, universitetlər haqqında məlumatlar veriləcəkdir”.

Qeyd edək ki, 2 ay davam edəcək layihə may və iyun aylarını əhatə edəcək.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı