Xəbərlər 05.04.2024 01:24 854

NATO-nun Ukraynada missiyası yaradılacaq

NATO Ukraynaya dəstək missiyası yaradacaq. Bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski Şimali Atlantika Alyansının xarici siyasət idarələrinin rəhbərlərinin Brüsseldə keçirilən görüşündən sonra deyib.

QHT.az xəbər verir ki, Polşa Xarici İşlər Nazirliyi diplomatının sözlərinə görə, Ukraynada NATO missiyası yaratmaq qərarına gəldik. Bu o demək deyil ki, biz müharibəyə gedəcəyik, lakin indi biz Ukraynaya daha koordinasiyalı şəkildə dəstək vermək üçün alyansın koordinasiya, təlim və planlaşdırma imkanlarından istifadə edə biləcəyik.

Bir gün əvvəl Sikorski NATO xarici işlər nazirlərinin Brüssel görüşündən əvvəl belə bir missiya yaratmağı planlaşdırdığını açıqlamışdı. O qeyd edib ki, bu missiya Ukraynada döyüş əməliyyatlarında iştirak etməyəcək.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı