Xəbərlər 02.04.2024 16:06 2362

Vüqar Bayramovun "Sosial sığorta haqqında" mühüm təklifi

"Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirildi. İclasda müzakirə edilən məsələlərdən biri də "Sosial sığorta haqqında” Qanuna təklif edilən dəyişikliklər idi. Sənəd Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda çalışan əməkdaşlarının bütün növ ödənişlərin (dövlət məvacibi istisna olmaqla) məcburi dövlət sosial sığorta haqqı və gəlir vergisindən azad edilməsini nəzərdə tutur".

QHT.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, müzakirələr zamanı çıxışımda sosial haqqlardan azad olunmaqla yanaşı həmin vəsaitin dövlət tərəfindən vətəndaşın pensiya hesabına kompensasiya edilməsini təklif etdim: "Sosial haqlar həm də pensiya kapitalı formalaşdırır. Sosial haqları ödəməkdan azad edilən vətəndaşların pensiya kapitalında azad olunan sosial məbləği kompensasiya etmiriksə, avtomatik olaraq onlar pensiyaya çıxanda daha aşağı pensiya alacaqlar. Yəni, indi sosial haqq ödəməkdan azad olunmaq həmin vətəndaşlarımızın sosial təminatı baxımdan vacibdir və müsbət haldır. Bu pensiya kapitalında da müqayisəli şəkildə az yığım deməkdir. Xüsusən nəzərə alsaq ki, hərbi sahədə çalışanların heç də hammısı 25 illik ştaj müddətinə malik olmaya bilər və bu zaman onların pensiya yığımları önəmli olur".


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı