Xəbərlər 24.04.2024 15:23 10253

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ictimai iştirakçılığın təmin edilməsi sahəsində uğurlu fəaliyyətinə görə Fəxri Fərmanla təltif edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bir qrup QHT nümayəndəsi ilə  görüş olub. Görüşdə Nazirlikdə ictimai iştirakçılığın təmin olunması sahəsində görülən işlərdən bəhs olunub.

“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanlarının əməkdaşlığının önəmini vurğulayıb. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq təcrübəsinin təqdirəlayiq olduğunu qeyd edib.

Bildirilib ki, Nazirlik ictimai iştirakçılığın təmin edilməsi sahəsində uğurlu fəaliyyətinə və İctimai şuraların vahid onlayn platforması olan ictimaishura.az saytı ilə fəal əməkdaşlığına görə Fəxri Fərmanla təltif edilib.

Fəxri Fərman əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyevə təqdim olunub.

 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı