Xəbərlər 29.02.2024 11:06 2393

QHT sədri elmi konfrasda çıxış edib

“Belə tədbirlərin təşkil olunması çox vacibdir. Həm təcrübə mübadiləsi üçün, həm də həkimlərimiz üçün lazım və vacibdir. Çünki bir- birinizi daha da yaxından tanıyasınız, bir- birinizə dəstək olasınız. Bu tədbirlər vasitəsilə fərqli tibbi təcrübələrdən istifadə edərək müalicəyə yönələn daha effektiv yollar tapmaq mümkündür”.

Bu sözləri Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov Beynəlxalq Nadir Xəstəliklər Gününə həsr edilmiş elmi konfrasda çıxışı zamanı qeyd edib. QHT sədri nadir xəstəliklərə diqqət çəkərək, bu sahədə ictimai fərqi yaratmağın və daha çox insanın bu xəstəliklər haqqında məlumatlanmasının önəmini vurğulayıb.

 

Pərvanə Fərhadqızı

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı