QHT sədri: “Azərbaycanda bu istiqamətdə çox ciddi naliyyətlər var”
“Müasir dövrdə rəqəmsal texnologiyalar sürətli inkişaf edən alətlərdən biri hesab olunur. Gündəlik həyat tərzimizdə rəqəmsal texnologiyaların hansı səviyyəyə gəlib çatdığını biz görə bilirik. Gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilən nootbooklar, smartfon telefonlar, planşetlər və s. texnoloji alətlərsiz həyatımızı təsəvvür edə bilmirik”.
Bu fikirləri Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması İctimai Birliyinin sədri Azər Allahverənov QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, rəqəmsal texnologiyalar bizim cəmiyyətimizin inkişafı üçün yeni imkanlar açır: “Bir tərəfdən bu yaxşıdır, digət tərəfdən risklərə yol açır. İnsan şəxsi həyatına müdaxilələr, kiber təhlükəsizlik, kiber cinayətkarlıq və s. sahələrlə geniş yayılır. Əgər insanın bu gün telefonunda kifayət qədər imkanlar varsa, bank əməliyyatlarının yerinə yetirilməsi, sosial şəbəkələrə çıxışın təmin olunması, mobil telefon üzərindən həyata keçirilirsə, kiber cinayətkarlıqla məşğul olan mütəşəkkül qrupların müəyyən zəif kompnentləri vasitəsilə telefona daxil olması kiber cinayətkarlığını həyata keçirir. Bu gün Bank vəsaitlərinin oğurlanması, sosial şəbəkələrin kənar şəxslər tərəfindən idarə olunması, idarəçiliyini mənimsəməsi əlavə problemlərə yol açır”.
Azər Allahverənov həmçinin bildirib ki, istənilən halda rəqəmsal texnologiyalarla bağlı dövlət tərəfindən həyata keçirilən işlər olduqca vacib işlərdir. Nəzəri cəhətdən mütəmadi olaraq bunun şahidi olduğunu bildirən QHT sədri düşünür ki, rəqəmsal texnologiyalar həyatımızın bütün sahələrində, kənd təsərrüfatı, səhiyyə, ətraf mühit, nəqliyyatın idarə olunması, yüklərin daşınması və s. kimi sahələrdə tətbiq olunur: “Elə bir sahə yoxdur ki, orada rəqəmsal texnologiyalardan istifadə olunmasın. Səhiyyədə süni intelekt və digər komponentlər üzərində qurulan texnoloji nəaliyyətlər barədə də eşidirik. Dövlət tərəfindən konkret hədəflər götürülüb. Azərbaycanda bu yaxınlarda astronavtika festifalı keçirilmişşdi, orada da bununla bağlı naaliyyətlərin şahidi oluruq. Həmçinin texnofest formatında keçirilən aerokosmik və texnologiya festivallarını misal göstərə bilərik”.
QHT sədri Azərbaycanda bu istiqamətdə çox ciddi naliyyətlər olduğunu da vurğulayıb. Bunun elmi, nəzəri, texnoloji müstəvidə həyata keçirilən fəaliyyətlər olduğunu bildirib: “Rəqəmsal texnologiyalardan istifadə imkanlarının hüdudsuz dur, heç bir sərhədi yoxdur. Çalışmaq lazımdır ki, insanların gündəlik həyatının yaxşılaşdırılması və bu müstəvidə onlara göstərilən xidmətlərin rəqəmsal texnologiyalar üzərindən olsun. Buna çox ciddi ehtiyac var. Ümumiyyətlə, gündəlik həyatımızla bağlı olan bir çox işləri rəqəmsal texnologiyalardan geniş istifadə etməklə "bir pəncərə" sistemi vasitəsilə həyata keçirmək olar. Əminəm ki, bu istiqamətdə həyata keçirilən işlər, xüsusilə qurumlar arasında inteqrasiya məsələləri, rəqəmsal texnologiyaların qarşılıqlı tətbiqi üçün şəraitin yaradılması kimi məsələlər və bunun üçün zəruri qaydaların həmin yeniliklərə uyğunlaşdırılması rəqəmsal texnologiyalardan istifadə edən vətəndaşın gündəlik fəaliyyətinin yeni dövrün tələblərinə uyğun qurulması və idarə olunması üçün yeni imkan və perspektivlərə yol açacaqdır”.
Pərvanə Fərhadqızı