Xəbərlər 21.02.2024 18:27 5467

Ana dili hüququ insan hüquqlarının bir hissəsidirmi? VƏKİLİN CAVABI

“Ana dili insan hüquqlarının bir hissəsidir. Bu mübahisələndirilmir. Bu həm beynəlxalq, həm də ölkədaxili qanunvericilikdə təsbit edilmişdir”.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Ruslan Mustafazadə QHT.az –ın sualını cavablandırıb. Vəkil misal gətirərək qeyd edib ki, Azərbaycan Respublikasının 21-ci maddəsinə nəzər salsaq görərik ki, bu maddə dövlət dilinə aid olan maddədir: “Maddədə qeyd edilir ki, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir. Yəni bu dili tanıyır və inkişaf elətdirməsini öz üzərinə götürür”.

Bugünə qədər Azərbaycan Respublikası ərazisində dilimizlə bağlı problemlə rastlaşmadığını qeyd edən Ruslan Mustafazadə ölkəmizin ərazisində kifayət qədər xalqların yaşadığını, bugünə qədər öz dillərində danışdıqlarını, ondan istifadə etdiklərini də bildirib: “Misal üçün talışlar talış dilində, Bakı ətrafı regionlarda tat dilində, avarlar, ləzgilər və digər xalqlar öz ana dillərində sərbəst danışırlar. İstinad etdiyimiz 21-ci maddənin 2-ci bəndində göstərilib ki, Azərbaycan Respublikası qeyd etdiyimiz dilləri sərbəst işlədilməsinə dəstək verir, köməklik göstərir, işlədilməsinə heç bir maneəçilik yaratmır. Yaradılan maneəçiliklər araşdırılacaq və təqsirkarlar cəzalandırılacaq. Ölkəmiz öz üzərinə götürür ki, bu dillərin inkişafına dəstək göstəriləcək. Nəinki Azərbaycan dilində, ölkəmiz ərazisində yaşayan digər xalqların da öz danışdıqları dildə danışdıqları üçün hər hansı qısnamalara məruz qalmaları ilə bağlı bugünə kimi heç bir məlumatla rastlaşmamışıq. Amma belə bir hal olduğu təqdirdə qanunvericiliyə uyğun olaraq, tədbirlər görüləcək”.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı