Xəbərlər 31.01.2024 12:00 1539

GÖMRÜK ƏMƏKDAŞLARI AZƏRBAYCAN DÖVLƏT AKADEMİK MUSİQİLİ TEATRINDA TAMAŞAYA BAXIBLAR

Dövlət Gömrük Komitəsinin yaradılmasının 32-ci ildönümü - gömrük əməkdaşlarının peşə bayramı günündə Komitənin kollektivi Azərbaycan Dövlət Akademik Musiqili Teatrında tamaşaya baxıblar. Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Sən elə bir zirvəsən!" musiqili-tarixi essesində teatrın solistlərinin, həmçinin xor və balet heyətinin üzvlərinin çıxışları alqışlarla qarşılanıb.

 

QHT.az xəbər verir  ki, tamaşanın bədii rəhbəri, teatrın direktoru Əliqismət Lalayev, ssenari müəllifi əməkdar artist Mübariz Həmidov, quruluşçu rejissoru Cavid İmamverdiyevdir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı