Şəhid Ramazan Vəliyevin anım günüdür
Müharibədən sonra Şuşa şəhərində xidmətini davam etdirən, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu Ramazan Vəliyev 29 noyabrda Şuşa istiqamətində şəhid olub.
QHT.az xəbər verir ki, 1995-ci il iyunun 18-də Türkmənistanın Aşqabad şəhərində anadan olub. 2013-2015-ci illərdə Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Azərbaycan Dənizçilik Kollecində təhsil alıb. 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olub və 2019-cu ilin noyabrından Azərbaycan Daxili Qoşunlarında "çavuş" rütbəsində müddətdən artıq xidmət etməyə başlayıb. Ramazan Vəliyev 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzulinin, Xocavəndin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ramazan Vəliyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Ruhu şad olsun!
Pərvanə Fərhadqızı