Xəbərlər 28.11.2023 19:27 3179

“Kim bilir bəlkə uzaq olmayan zamanda Xankəndi Azərbaycanın paytaxtı, Bakı isə mədəniyyət mərkəzi olacaq” – QHT sədri

“Qarabağda dövlət qurumlarının, güc strukturlarının gücləndirilməsi və qurulması çox əhəmiyyətlidir. Eyni zamanda bölgədə yeni idarəetmə modellərinə, yerli idarəetmə qurumlarının formalaşdırılmasına sürətli keçidi təmin etməliyik”.

QHT.az xəbər verir ki, bu sözləri Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli deyib. QHT sədri bildirib ki, atılan addımlar içərisində Xankəndində Qarabağ Universitetinin yaradılması barədə sərəncam olduqca vacib və zamanında verilmiş qərardır: “Qarabağın sosiallaşması, universitetlərin, tədqiqat mərkəzlərinin qurulması prosesi bölgəyə gənclərin axınına və demoqrafik balansın müsbət mənada dəyişiminə səbəb olacaq. Beynəlxalq səviyyədə qəbul olunan atributların Qarabağa transferi, həm də təhlükəsizliyin təminatında ciddi qarantiyalara səbəb olacaq. Bu prosesi həm də Bakının yükünün azaldılması prosesinə yönəldə bilsək çox ciddi nəticələrə gətirib çıxara bilərik”.

QHT sədri həmçinin bidirib ki, Bakıdan Universitetlərin, Nazirliklərin və s. qurumların Qarabağa daşınması bu mənada çox unikal model ola bilər: “Yaxın tariximizdə Almatının Astanalaşması örnəyi var. Kim bilir bəlkə uzaq olmayan zamanda Xankəndi Azərbaycanın paytaxtı, Bakı isə mədəniyyət mərkəzi olacaq. Tam Istanbul, Ankara kimi!”

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı