Azərbaycanda məişət zorakılığı ilə bağlı 1175 cinayət qeydə alınıb
Gender Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəallıq təşəbbüsü çərçivəsində Böyük Britaniya səfirliyinin Siyasi şöbəsinin rəhbəri Edvard Krambl məişət zorakılığı hallarında mühafizə orderinin verilməsinin praktiki icrasına olunmuş tədbirdə çıxış edib.
QHT.az xəbər verir ki, tədbir Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Məişət Zorakılığına qarşı Hüquqi Yardım Mərkəzi” layihəsi çərçivəsində İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi tərəfindən həyata keçirilir. 2022-ci ildə Azərbaycanda məişət zorakılığı ilə bağlı 1175 cinayət qeydə alınıb, 158 mühafizə orderi verilib. Birinci Milli Fəaliyyət Planının (2020-2023) icrasından əldə edilmiş nailiyyətlərə və əldə edilmiş dərslərə əsaslanaraq, qadınlara və qızlara qarşı zorakılığın qarşısının alınması və aradan qaldırılması üzrə tədbirlərin ardıcıl həyata keçirilməsini təmin etmək üçün hakimiyyəti məişət zorakılığına qarşı mübarizə üzrə ikinci Milli Fəaliyyət Planı hazırlamağa çağırırıq.
Pərvanə Fərhadqızı