Xəbərlər 27.11.2023 15:50 2747

Özbəkistan QHT-lərindən ibarət nümayəndə heyəti Şuşada bərpa-quruculuq işləri ilə tanış olub

Özbəkistanın Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının sədri Kamoliddin İşanxojayevin rəhbərliyi ilə geniş tərkibdə nümayəndə heyəti Şuşanın görməli yerlərini gəzib, şəhərlə tanış olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovla görüşdə nümayəndə heyətİNə Şuşada aparılan genişmiqyaslı bərpa və quruculuq işləri barədə ətraflı məlumat verilib.

Səfər çərçivəsində Şuşanın azad olunması zamanı Azərbaycan hərbçilərinin göstərdikləri şücaətdən, eyni zamanda, şəhərin tarixi, strateji, mədəni və mənəvi əhəmiyyətindən söz açılıb. Eyni zamanda, erməni vandalizminin Şuşada məscidlərə, tarixi abidələrə və digər obyektlərə vurduğu zərər haqqında məlumat verilib.

Qonaqlar mədəniyyət paytaxtımızda böyük həcmdə və sürətlə aparılan abadlıq, quruculuq işləri ilə də tanış olublar.

Şuşa səfəri qonaqlarda xoş əhval-ruhiyyə oyadıb və onlar xalqımızın qazandığı Zəfərə, Qarabağın incisi olan Şuşaya səfər imkanına görə Prezident İlham Əliyevə təşəkkür ediblər.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı