İslandiyanın paytaxtı yaxınlığındakı Qrindavik şəhəri vulkan püskürməsi nəticəsində məhv ola bilər
Mütəxəssislərin fikrincə, İslandiyanın paytaxtı Reykyavik yaxınlığında 4 minə yaxın insanın yaşadığı Qrindavik şəhəri saatlar və ya günlər ərzində baş verəcəyi gözlənilən vulkan püskürməsi nəticəsində ciddi ziyan çəkə bilər.
QHT.az xəbər verir ki, şəhər yer qabığının altındakı maqmanın yerdəyişməsi nəticəsində püskürmədən əvvəl baş verdiyi güman edilən yüzlərlə zəlzələdən sonra boşaldılıb. Reykyavikdən təqribən 40 kilometr cənub-qərbdə yerləşən qəsəbə Reykjanes yarımadasının 30 min sakinini elektrik enerjisi və su ilə təmin edən əsas təchizatçı olan Svartsengi geotermal zavoduna, eləcə də şirin su anbarına yaxındır.
Uzunluğu təxminən 15 kilometr olan çat var və bu yarığın hər yerində püskürmənin baş verə bilər. Bununla belə, okeanın dibində böyük kül buludunun yaranmasına səbəb olan püskürmə ehtimalını istisna edilməyib. Maqmanın daxil olması nəticəsində yaranan zəlzələlər və qalxmalar artıq Qrindavik və ətrafındakı yollara və binalara ziyan vurub.
33 aktiv vulkan sistemi olan İslandiya fövqəladə vəziyyət elan edib və Qrindavikin məcburi evakuasiyasına göstəriş verib.
Pərvanə Fərhadqızı