Xəbərlər 01.11.2023 15:40 1963

FHN-in əməkdaşları dünya çempionatında qızıl medal qazanıblar

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları Orxan Mehdiyev və Tural Useynov 23-29 oktyabr 2023-cü il tarixlərində İtaliyanın Karrara şəhərində keçirilən kikboksinqin WTKA versiyaları üzrə döyüş növlərinin Dünya çempionatında iştirak ediblər.

 

Əməkdaşlarımız Orxan Mehdiyev 65 kq, Tural Useynov isə 85 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

 

Qeyd edək ki, hər iki əməkdaş dünya, Avropa və ölkə çempionu olmaqla yanaşı dəfələrlə beynəlxalq turnirlərin qalibi olublar.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı