NASA Ayda evlər tikməyə hazırlaşır
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) 2040-cı ilə qədər Ayda ev tikmək üçün tədbirlər gördüklərini açıqlayıb.
QHT.az xəbər verir ki, NASA 2040-cı ilə qədər Ayda strukturların inşası üçün Ostində yerləşən bir şirkətlə razılaşma əldə edib. Olmypus Layihəsi adlanan Ay planına görə, NASA Aya 3D printer göndərəcək və Ayın səthində qaya parçaları, minerallar və tozdan ibarət Ay "torpağı" ilə Ay ətrafında strukturlar quracaq. NASA həmçinin binalara yerləşdiriləcək mebel, kafel və qapı kimi ehtiyaclar üçün özəl şirkətlər və universitetlərlə əməkdaşlıq edir.
3D printerlərin və materialların kosmosa buraxılmasının olduqca çətin olacağı düşünülür. NASA ilə razılaşan şirkət ətraf mühit şəraitini yoxlamaq üçün kosmosda tikintiyə başlamazdan əvvəl gələn il NASA-nın Marshall Kosmik Uçuş Mərkəzində 3D printeri sınaqdan keçirəcək.
Pərvanə Fərhadqızı